İdman 12:27 18.08.2019

"Linfild" - "Qarabağ" oyununa təyinatlar açıqladı

Avropa Liqasının pley-off mərhələsinin "Linfild" (Şimali İrlandiya) - "Qarabağ" (Azərbaycan) oyununa təyinatlar açıqlanıb.

Qaynarinfo xəbər verir ki, UEFA qarşılaşmanı isveçrəli hakimlərə tapşırıb. Görüşü Sandro Şörer idarə edəcək. Ona Stefan De AlmeydaBekim Zoqay yardımçı olacaq. Dördüncü hakim funksiyasını Fedayi San yerinə yetirəcək.

Matçın hakim-inspektor xorvatiyalı Vlado Svilokos, UEFA nümayəndəsi isveçli Mikael Zaltser olacaq.

Qeyd edək ki, "Linfild" - "Qarabağ" matçı avqustun 22-də Belfastdakı "Windsor Park”da keçiriləcək və Bakı vaxtı ilə saat 22.45-də başlayacaq. Cavab görüşü isə avqustun 29-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.