Video 14:26 17.01.2019

Lion Universitetində dəhşətli partlayış (VİDEO)

Fransanın Villerban şəhərində Lion Texniki Universitetinin kampus binasında partlayış olub.

Qaynarinfo xəbər verir ki, hadisə elmi kitabxananın yerləşdiyi binanın təmir olunan dam örtüyündə qaz ballonunun partlamasından spnra baş verib. Nəticədə binanın yuxarı hissəsində güclü yanğın başlayıb. Daha sonra da bir neçə partlayış səsi gəlib. 

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub. Ətrafdakı sakinlər təxliyyə olunub.