Messi nədən

Messi nədən "Barselona"dan getmək istəyib?

"Barselona" ulduz futbolçusu Lionel Messi klubu tərk etmək istədiyi dövrlə bağlı danışıb.

Qaynarinfo xəbər verir ki, 32 yaşlı futbolçu 16 yaşından oynadığı və böyük uğurlara imza atdığı Kataloniya klubunda hər şeyin həmişə yaxşı olmadığını bildirib.

"Açığı, həyatımda hər şeydən yorulduğum vaxtlar olub. 2013 və 2014-cü illərdə vergi məsələlərinə görə yaşadığım problemlər ailəm üçün çətin dövr idi. Heç kim əslində nə baş verdiyini bilmir. Uşaqlar çox kiçik idi, heç nə başa düşmürdülər. Çətin günlər idi. Həmin dövlərdə getmək barədə düşünürdüm. Bu, "Barselona"nı tərk etmək istəyimlə yox, hər şeyə son qoymaq arzumla əlaqədar idi. Başqa kluba keçmək yox, sadəcə futboldan həmişəlik getmək, bir daha görünməmək, növbəti çempionluq uğrunda mübarizə aparmamaq fikrinə düşmüşdüm", deyə ulduz futbolçu bildirib.

Gülşən


XƏBƏRLƏR
BLOGLAR