İdman 11:57 09.02.2018

Lionel Messiyə 1,4 milyard avroluq transfer təklifi

Çinin "Hebei China Fortune" klubu Lionel Messini heyətinə qatmaq istəyir. 

Qaynarinfo xəbər verir ki, çinlilərin argentinalı ulduzun müqaviləsindəki 700 milyon avroluq sərbəst qalma qiymətindən yararlanmaq istəyir.

İddia olunur ki, "Hebei China Fortune" bu məbləği "Barselona"ya ödəyərək Messini transfer etmək istəyir. Çindəki yeni qanunlara əsasən klub futbolçunun transferi üçün ödədiyi məbləğ qədər vergi ödəməlidi. Bu isə o deməkdi ki, Messinin transferi "Hebei China Fortune"ya 1,4 milyard avroya başa gələ bilər.

Qeyd edək ki, Çin klubu ötən ay "Barselona"dan Xavyer Maskeranonu 5,5 milyon avroya transfer edib. "Hebei China Fortune" klubunun heyətində həmçinin Ezekuel Lavezzi, Gervinyo, Anderson Ernanes, Stepan Mbia kimi ulduzlar yer alıb.

Aydın