Xəbər lenti

Dünya 16:06 24.04.2024

Litvada nazir ölkə rəhbərindən şikayət etdi

Litvanın daxili işlər naziri Aqne Bilotaite ölkə prezidenti Gitanas Nausedanın əleyhinə Baş Prokurorluğa şikayət edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.

Nəşrin yazdığına görə, Bilotaite Litva liderinin Daxili İşlər Nazirliyi qarşısında Rusiya müxalifətinin mərhum kideri Aleksey Navalnının sağ əli və yaxın siyasi həmkarı Leonid Volkova hücumda şübhəli bilinən şəxslərin həbsi barədə nazirlikdən qabaq açıqlama verməsini bəyənməyib. Nazirin sözlərinə görə, prezidentin hərəkəti məsuliyyətsizlik olub və ibtidai istintaqa xələl gətirə bilər.

Aprelin 19-da media Vilnüsdə Aleksey Navalnının keçmiş müttəfiqi Leonid Volkova hücumda şübhəli bilinən iki nəfərin Polşada saxlanıldığını bildirib. Saxlanılan şəxslər Litva tərəfinə təhvil verilib.

Volkova hücum barədə məlumat martın 12-də yayılıb. İddialara görə, hücum edənlər həmin şəxsin avtomobilinin şüşəsini sındırıb, gözyaşardıcı qaz vurub və çəkiclə döyüblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->