İdman 18:50 29.11.2018

Litvalı bombardir Azərbaycandan təklif alıb

Litvanın "Jalgiris” klubunun futbolçusu Liviu Antal Azərbaycanda oynaya bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Rumıniyanın gsp.ro saytı məlumat yayıb.

Bildirilir ki, 29 yaşlı hücumameylli yarımmüdafiəçi Azərbaycan, Qazaxıstan və Cənubi Koreya klublarından təklif alıb. Antalın "Jalgiris”lə müqaviləsi başa çatır. Ancaq başqa ölkədə oynamaq istəyən futbolçu yeni sözləşmə imzalamaqdan imtina edib. Təcrübəli hücuumçunun menecerinin Azərbaycan, Qazaxıstan və Cənubi Koreya klubları ilə danışıq apardığı iddia olunur.

Qeyd edək ki, 29 yaşlı futbolçu hazırda 20 qolla Litva çempionatında bombardirlər yarışına başçılıq edir. Antal "Jalgiris” heyətində bu mövsüm bütün turnirlərdə 31 qol vurub. O, əvvəllər Rumıniyanın "Konkordiya", "Tarqu Mureş", "Otselul", "Vasluy", "Panduri", ÇFR, Türkiyənin "Gənclərbirliyi", İsrailin "Beytar" və "Hapoel" (Təl Əviv) klublarında oynayıb, Rumıiyanın əsas və U-21 yığmalarına dəvət alıb.

Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!