Dünya 21:04 07.12.2019

Liviya: "Yunanıstanın səfirimizi deportasiya etməsi diplomatik quldurluqdur"

Liviyanın Ali Dövlət Şurasının sədri Xalid Əl-Mişri Yunanıstandakı səfirlərinin ölkədən çıxarılmasını "diplomatik quldurluq" adlandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Mişri sosial şəbəkə hesabında yazıb. Liviyanın xarici işlər naziri Məhəmməd Tahir Səyyalə isə Yunanıstanın Türkiyə ilə Şərqi Aralıq dənizində səlahiyyət sahələrinin müəyyən edilməsi haqda saziş imzalanmasına qarşı belə bir addım atmasının qəbul edilməz olduğunu vurğulayıb. 

"Liviyada Yunanıstanın heç bir diplomatik nümayəndəliyi yoxdur. Əgər olsaydı biz də cavab olaraq, onların səfirlərini ölkədən xaric edərdik", - deyə o, bildirib.

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Liviyanın Afinadakı səfirinin bu gün nazirliyə çağırıldığını və ona bu mövzu ilə əlaqədar xəbərdarlıq edilərə, ölkəni tərk etməsi üçün 72 saat vaxt verildiyini açıqlayıb. Dendias bu qərarın Liviyanın Yunanasıdanın qoyduğu qaydalara riayət etməməsi səbəbindən qəbul edildiyini bildirib. O, həmçinin deportasiya qərarının Liviya ilə diplomatik münasibətlərin pozulacağı mənasına gəlmədiyini ifadə edib.

Qeyd edək ki, Dendias daha əvvəl verdiyi açıqlamasında saziş mətninin onlara təqdim edilməsi üçün Liviya hökumətinə cümə gününə qədər vaxt verdiklərini, əks-təqdirdə səfirlərinin deportasiya ediləcəyini bildirmişdi.
 
Camal