Dünya 09:14 14.02.2018

Prezident "Facebook"da 9 milyon "like" topladı, işə məhkəmə qarışdı

Kambocanın sürgündəki müxalifət lideri Sam Raynsi "Facebook"u məhkəməyə verib. Qaynarinfo xəbər verir ki, buna səbəb Kambocanın baş naziri Hun Senin "Facebook"da saxta "like"dan istifadə etməsi olub.

AFP-nin məlumatına görə, vəkili Riçard Rocers vasitəsi ilə 18 ay əvvəl "Facebook"la əlaqə saxlayan müxalifət lideri baş nazirin saxta "like" satın alaraq populiarlığı ilə bağlı insanları yanıltması və demokratik proseslərə mənfi təsir etməsi barədə narahatlıqlarının olduğunu bildirib. Lakin "Facebook"dan cavab gəlməyib. Bu səbəbdən Sam Raynsi San Fransisko federal məhkəməsində iddia qaldırıb.



Sam Raynsinin vəkili iddia ilə bağlı açıqlamasında "Geçdiyimiz illərdə nəyin bahasına olursa-olsun, iqtidarını qorumaq istəyən Kamboca diktatoru tərəfindən sosial medianın istifadə qaydaları pouzulub və manipulyasiya alətinə çevirilib" deyib.

Sam Raynsi məmələ ilə bağlı açıqlamasında bunları deyib: "Facebook"un rejimin texnologiyanın imkanlarını manipulyasiya etdiyini ortaya çıxarmaqda bizə yardımçı olacağına inanırıq. Əgər Hun Senin gizlədəcəyi bir şey yoxdusa, o da fəaliyyətinin araşdırılmasını dəstəkləməlidi".


Sam Raynsi

AFP-nin müraciət etdiyi "Facebook"un sözcüsü məsələyə şərh verməkdən imtina edib və hər zaman saxta hesablarla bağlı şikayətləri ciddiyyətlə araşdırdıqlarını bildirib.

Sosial media platformaları ilə bağlı statistikaları aparan socialbakers.com saytı 2016-cı ildə apardığı araşdırmada Hun Senin "Facebook"da aldığı "like"lərin böyük əksəriyyətinin Hindistan, Filippin, Meksika, Braziliya kimi ölkələrdən olduğunu ortaya çıxarmışdı. Bu ölkələrdə saxta "like" satan şirkətlər (click farms) fəaliyyət göstərir.



Kambocyada əsas xəbər qaynağı sayılan "Facebook" iqtidar üçün xüsusən gənclərə təsir etmək üçün böyük təsir vasitəsinə çevirilib. Şəxsi hesabından tez-tez gündəlik həyatını əks etdirən fotolar paylaşan Hun Sen müxaliflər tərəfindən "Facebook baş naziri" adlandırılır. Ölkənin əsas müxalifət lideri, Kambocya Milli Qurtuluş Partiyasının rəhbər Sam Raysni Fransaya sürgün ediləndən sonra hazırkı baş nazirin heç bir rəqibi qalmayıb. 

33 ildir ölkəyə başçılıq edən Hun Sen 2016-cı ildə "Facebook" hesabı açıb və bir neçə ayda 3 milyona yaxın "like" toplayıb. Hazırda "Facebook" hesabı 9 milyon nəfər tərəfindən "like" edilən siyasətçilərdən biri olan baş nazir 55 milyon "like"si olan Barak Obamadan geri qalsa da, Fransanın prezidenti Emmanuel Makronu qabaqlayır. Fransız siyasətçinin səhifəsi 2 milyon nəfər tərəfindən bəyənilib.

Aydın