Ekonomiks 11:19 29.04.2013

Ölkədə 15 min məmur işdən çıxarılacaq

Yunanıstan parlamenti son üç il içərisindəki dördüncü iqtisadi tədbirlər paketini qəbul edib.

Qaynar.info-nun TRT-yə istinadən verdiyi xəbərə görə, paket 3 koalisiya ortağının səsləriylə, 123 səsə qarşı 168 səslə qəbul edilib.

Baş nazir Antonis Samaras yeni tədbirlərin fədakarlıq deyil, dövlət sektoruna neştər vurmaq kimi dəyərləndirilməli olduğunu deyib. Çətin mərhələdən keçdiklərini bildirən Samaras sonda bir uğura imza atacaqlarını söyləyib.

Yeni qanuna görə, bu il 4 min, gələn il isə 11 min dövlət qulluqçusu işdən çıxarılacaq.

Müəllimlərin dərs saatları uzadılacaq, yeni əmlak vergiləri tətbiq ediləcək, gəliri olmayan dövlət qurumları bağlanacaq, bəzi dövlət müəssisələri özəlləşdiriləcək.

Qaynar.info