Ekonomiks 10:17 29.04.2013

Ölkənin əsas magistral yolu bağlandı

Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunda asfalt-beton örtüyün salınması ilə əlaqədar 10-cu km-dən 40-cı km-ə qədər olan hissəsində hərəkət bu gündən etibarən 16 gün müddətinə hərəkət tam məhdudlaşdırılıb.

Trend-in "Azəryolservis" ASC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sözügedən istiqamətdə hərəkət edən vətəndaşlar alternativ yol kimi Sabirabad-Surra-Padar, Kür körpüsündən keçməklə Sabirabad-Şirvan və digər yollardan istifadə edə bilərlər.

Qaynar.info