Qazaxıstanın Temirtau bölgəsində qara qar yağıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, uşaqlar kömürə bənzəyən qarla oynayıblar.

Dəmir, polad istehsalı ilə məşğul olan zavodların yerləşdiyi şəhər ölkənin ən çirkli havaya sahib ərazisi hesab olunur.

Temirtauda qlobal şirkətlərdən olan "ArcelorMittal"ın bir zavodu yerləşib və hava çirkliliyinə əsas səbəb kimi göstərilir, lakin şirkət bu iddiaları rədd edir. 

Temirtau sakinləri imza kampaniyası təşkil edərək ölkə prezidenti Nursultan Nazarnayevin qızı Qazaxıstan ətraf mühit təşkilatının sədri Aliyə Nazarbayevaya müraciət ediblər. 

Qeyd edək ki, hava 2016-cı ildə 600 min ton zəhərli maddə ilə çirkləndirilmişdi.

Gülşən