Ekonomiks 15:25 20.10.2014

Londonda Azərbaycan neftinə görə 700 milyon dollarlıq qalmaqal... - FOTOLAR

Bu gün Londonda gürcü əsilli keçmiş rusiyalı diplomat Zaur Leşkaşeli ilə İsveçrənin “Credit Suisse” bankı arasında Azərbaycan neftinə görə qalmaqallı məhkəmə prosesi başlayır.

Virtualaz.org saytı “Businessweek” həftəliyinə istinadən xəbər verir ki, Zaur Leşkaşeli bankı Azərbaycanın qurudakı iri neft yataqlarından olan “Kürovdağ”ın ona məxsus 51 faizlik səhmlərini bazar dəyərindən az qala üç dəfə ucuz satmaqda ittiham edir.

İsveçrənin ikinci böyük bankı olan “Credit Suisse”ə qarşı iddia Zaur Leşkaşelinin iki şirkəti tərəfindən 2012-ci ildə təqdim edilib. Bu şirkətlər Azərbaycanın “Kürovdağ” yatağının işlənilməsi və hasilatı üçün Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə müştərək yaradılmış şirkətdə maraqlara malik olublar.

İddiadan məlum olur ki, bu şirkətlər vaxtilə böyük kredit alınması üçün İsveçrə bankında girov qoyulub. Bank isə kredit borclarının əvəzinə girov qoyulmuş “Caspian Energy Group” şirkətini satdıqdan sonra qiymətdən narazı qalan Leşkaşeli bankı müqavilə şərtlərini pozmaqda və səhlənkarlıqda ittiham edir.


Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olan və bir vaxtlar Rusiyanın Kubadakı səfiri işləyən, hazırda Londonda mənzillənmiş “Mayfair Energy Group” şirkətinin rəhbəri Z.Leşkaşvili deyir ki, o, “Kürovdağ” yatağında 51 faizlik payı 1995-ci ildə əldə edib. O vaxtdan etibarən yatağın inkişaf etdirilməsinə 100 milyon dollara yaxın kapital qoyub. 2006-cı ilin sonlarında o, yataqdakı payını satmaq qərarına gəlib.

Z.Leşkaşelinin bildirdiyinə görə, 2008-ci ildə “Credit Suisse Group AG”nin bankirləri onun şirkətini bazar dəyərindən xeyli aşağı qiymətə inquş əsilli rusiyalı oliqarx, “Russneft” şirkətinin sahibi Mixail Qutseriyevə bağlı olan şirkətə 245 milyon dollara satıb. Onun səhmlərinin alıcısı qismində Qutseriyevin qohumu, moskvalı biznesmen Mixail Şişxanovun adına qeydiyyatda olan “Berghoff Trading” offşor şirkəti çıxış edib.

Məhkəmə sənədlərindən belə aydın olur ki, Z.Leşkaşeli bankı Dubayda mənzillənmiş “Netoil”, Rusiyanın “Gazprom”, habelə “PetroVietnam” və polad maqnatı Lakşmi Mittala bağlı “Tata Petrodyne” kimi daha sərfəli müştərilərin onun şirkətini almaq üçün verdikləri təklifləri nəzərə almayıb. Üstəlik “Kürovdağ”ın M.Şişxanova satılmasından cəmi bir neçə ay sonra bu sövdələşmədə iştirak edən bankirlərdən biri M.Qutseriyevin şirkətində işə keçib.

"Kürovdağ" yatağı

Z.Leşkaşeli hesab edir ki, bankirlər Qutseriyevlə sövdələşməyə girərək onun şirkətini qəsdən ucuz satıblar.

“Mən“Credit Suisse”dən xeyli pul götürmüşdüm ki, neft sferasındainvestisiyalar proqramımı maliyyələşdirim. Lakin belə məlum olur ki,bank öz maraqlarını müştərinin maraqlarından üstün tutub. Bank özkreditini geri almaq üçün mənim aktivlərimi məcburən ucuz satıb” - deyə58 yaşlı Z.Leşkaşeli Londondan “Businessweek”ə açıqlamasında bildirib.

“CreditSuisse” isə iddianı rədd edir və məhkəməyə təqdim etdiyi ifadədəbildirir ki, “Caspian Energy Group” şirkətinin M.Qutseriyevə satışındanəvvəl Z.Leşkaşeli üçün daha sərfəli və qəti təkliflər almayıb.

Mixail Qutseriyev

İsveçrəbankının London nümayəndəsi Vanessa Neill məhkəmə işi ilə bağlı şərhverməyib. Eləcə də Qutseriyevin “Russneft” şirkətindən situasiyanı şərhetməklə bağlı telefon zənglərinə cavab verməyiblər.

Z.Leşkaşelibildirir ki, o, 2006-cı ildə şirkətini satmaq istəyəndə Britaniyanın“RPS Energy” konsaltinq şirkəti “Kürovdağ”dakı aktivlərin dəyərinin 536milyon dollar olduğunu göstərib. 2007-ci ilin mayında isə aktivlərinbazar dəyəri 966 milyon dollara çatıb.

“CreditSuisse” isə məhkəmə sənədlərində bildirir ki, Z.Leşkaşeli bankdainvestisiyalar üzrə məsul olan Vadim Benyatov vasitəsilə iş qurub.2006-cı ildə bank biznesmenə başqa kredit borcunu ödəmək üçün 127 milyondollar borc verib. Sövdələşməyə görə, bu kredit Z.LeşkaşelininAzərbaycandakı aktivlərinin satışından əldə olunan vəsait hesabınabağlanmalı idi.

Biznesmenin iddiasına görə,bank “Caspian Energy Group”u satarkən Hindistan və Vyetnamşirkətlərindən daxil olan, ilkin hesablamalara görə, 350 milyondollardan 1,2 milyard dollara qədər arta bilən təkliflərə məhəlqoymayıb.

Z.Leşkaşeli iddia edir ki, “CreditSuisse” həqiqətən də onun maraqlarından çıxış etsəydi, o, 700 milyondollar və ya daha çox mənfəət əldə edəcəkdi. İddiaçı bildirir ki,“Credit Suisse” tələsib və başqa, daha sərfəli təklifləri nəzərdənqaçırıb. İddiaya görə, bu təkliflərin ikisində satılan şirkətə 1 milyarddollardan çox qiymət qoyulubmuş.

Özünün eləhəmin məhkəməyə təqdim olunmuş cavab iddiasında “Credit Suisse”Z.Leşkaşelinin iddialarını rədd edir. Bank bildirir ki, ona müştəritapmaq üçün ağlabatan möhlət verilib, lakin bu, baş vermədikdə bank onaolan borcu çıxarmaq üçün şirkəti satmağa məcbur olub.


“CreditSuisse” belə bir iddianı da rədd edir ki, guya bu layihəni 2008-ci ilinfevralından əvvəl 700 milyon dollardan baha qiymətə satmaq mümkün olabilərmiş.

Z.Leşkaşeli məhkəmə sənədlərindəbildirir ki, 2006-cı ildə “Credit Suisse” bankının Mərkəzi və ŞərqiAvropa üzrə direktoru olan Vadim Benyatov Rumıniyada dövlətmülkiyyətinin satışında korrupsiya işi üzrə saxlanılıb və onun ölkənitərk etməsinə qadağa qoyulub. Bu üzdən gürcü biznesmenin şirkətininsatışı ləngiyib. Benyatov Rumıniyadan ancaq 2007-ci ilin avqustunda çıxabilib. İlk prosesdə Leşkaşelinin aktivlərinin satışı üçün məqbul təklifdaxil olmayıb.

Daha sonra “Credit Suisse”dəndigər bankir Piter Firman işə qoşulub, ancaq ikinci cəhddə də sərfəlitəklif verilməyib. Baxmayaraq ki, ikinci prosesdə Qutseriyevə bağlıdigər şirkət “Hecton İnvestment”in Z.Leşkaşelinin şirkətinə 500 milyondollar təklif etməyə hazır olduğu deyilir. Bildirilir ki, Firman və“Credit Suisse” Z.Leşkaşelinin tapdığı müştərilərlə anlaşa bilməyiblər.

Biznesmenindediyinə görə, belə müştərilərdən biri də 700 milyon dollar verməyəhazır olan “Qazprom” idi. Lakin bank bildirir ki, satışın birinciturunda Leşkaşeli “Qazprom”la əlaqə yaratmamağı tapşırıb, ikinci turdaisə Rusiya şirkəti onun aktivlərini almağa maraq göstərməyib.

Sondagürcü əsilli biznesmenin Azərbaycandakı neft aktivləri Qutseriyevə 245milyon dollara satılıb, bu sövdələşmədən bir neçə ay sonra P.Firman “GCMGlobal Energy Plc” şirkətinə icraçı direktor  gedib.

Z.Leşkaşelideyir ki, bu detal bankirlərin onun aktivlərini qəsdən ucuz satmaq üçünsövdələşdiyini göstərir. İndi biznesmen İsveçrə bankından 700 milyontələb edir. Bank isə bu iddianı qəbul etmir və biznesmenə qarşı cavabiddiası qaldırıb.

Qaynar.info