Foto 15:11 08.12.2017

Los Ancelesdə dəhşətli meşə yanğını (FOTOLAR)

ABŞ-ın Kaliforniya ştatında həftə əvvəlindən start götürən meşə yanğınları nəticəsində bu günə qədər 200 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, yanğın nəticəsində 430 evin yandığı və bir çox heyvanın tələf olduğu bildirilir. Yanğının yaxınlığında duraraq dovşanı xilas etməyə çalışan şəxsin görüntüləri sosial mediada böyük maraq və rəğbətə səbəb olub. 
 
 

Yanğınla əlaqədar açıqlama verən Los Anceles bələdiyyə sədri Erik Qarcetti insanlara vaxtından əvvəl evlərinə qayıtmaq barədə məlumat verilməyəcəyini bildirib. 

Yanğını söndürməyə çalışan yanğınsöndürənlər və yerli sakinlər arasında yaralananlar var.

Gülşən