İdman 20:47 10.02.2013

Luçano ”Xəzər Lənkəran”da!


"Xəzər Lənkəran" argentinalı futbolçu Luçano Esteban Olginlə müqavilə imzalayıb. 30 yaşlı hücumçu ilə müqavilənin müddəti 1,5 ildir.

Qaynar.info-nun klubun rəsmi saytına istinadla verdiyi məlumata görə, Luçano 2004-cü ildə Argentinanın “Reysinq” və “San Martin” klublarında oynayıb. 2005-ci ildən başlayaraq o, Belçika çempionatında çıxış etməyə başlayıb və bu ölkənin “Royal Antverp” (2005-2008) və “KSK Beveren” (2008-2009) klublarının şərəfini qoruyub. 2009/10 mövsümündə Luçano Yunanıstanın “Pierikos” klubunda oynayıb.

2010-cu ildən başlayaraq Olgin Çin çempionatında çıxış edib. Onun oynadığı klublar “Tianjin Teda” və “Hohhot Dongjin” olub.

Qaynar.info