Dünya 10:50 25.01.2020

Lukaşenko: “Rusiya Belarusu böyrü üstə qoydu”

Moskva, karbohidrogen tədarükünə görə Minski böyrü üstə qoydu.

Qaynarinfo xəbər verir ki, bu sözləri Şklova səfəri zamanı Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə deyib. O, CTV efirində hətta heç kimin yaranmış vəziyyətə diqqət yetirmədiyini vurğulayıb. 

"Ancaq biz titrəyirik, ölkəmizi qorumaqdan qorxuruq. Belaruslar "ağ və pərqu" olmaqdan əl çəkməlidir. Əvvəlcə öz ölkəniz üçün, daha sonra başqaları üçün çalışmalısınız. Baxıram ki, çox kübar olmusunuz”,- prezident qeyd edib.

Bundan əvvəl Lukaşenko Rusiyanın qazı ona yerli qiymətlərdən baha verməsindən şikayətlənmişdi. "Moskva Belarusa "atdı", münasibətlərdə ədalət yoxdur”. O, eyni zamanda söz verib ki, ölkəsi ABŞ-dan neft almağa başlayacaq.

Alpər