Dünya 17:18 06.09.2019

Lukaşenko Rusiyanı hədələdi: "Ədalətli razılıq əldə edilməsə..."

"Heç kim bizi həm Şərqə, həm də Qərbə doğru baxmağımıza görə ittiham edə bilməz".

Qaynarinfo xəbər verir ki, bu fikirləri Belarus prezident Aleksandr Lukaşenko "Belarus News"a açıqlamasında səsləndirib. Lukaşenko "Belarusu bu ərazidə yerləşdirən mən deyiləm. Belarusluların başqa torpağı olmayacaq və köləliklə razılaşmayacaqlar. Onlar Avropanın mərkəzində, həmçinin bütün yolların qovşağında yaşamağa məcburdurlar", - deyə bildirib. 

Belarus rəhbəri həmçinin qeyd edib ki, hər kəs əhaliyə təsir göstərməyə çalışır, lakin o, insanlara zərər verilməsinə razı olmayacaq. 

Aleksandr Lukaşenko məsələ ilə bağlı Rusiyanın mövqeyinə də toxunub:

"Belarus həm Şərqə, həm də Qərbə nəzər yetirməlidir. Rusiya buna görə rəsmi Minski ittiham edə bilməz. Rusiyanın emblemi olan ikibaşlı qartal hər iki istiqamətə baxır".
 
A.Lukaşenko müsahibədə Rusiyanın neft təchizatı üçün tələblərinə münasibət bildirib. O, "Ədalətli razılıq əldə edilməsə, Belarus Polşa və Baltikyanı ölkələr vasitəsilə şimal dəhlizindən neft almaq barədə düşünəcək. Fikirləşirəm ki, bu, rusiyalılara lazımdırmı? Məncə, yox", - deyə fikirlərini səsləndirib.
 
Gülşən