İdman 10:20 11.07.2018

Lüksemburq klubu "Qəbələ" ilə oyunlar üçün erməni futbolçu sifariş etdi

Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ”nin rəqibi olan Lüksemburqun "Proqres” klubu iştirak ərizəsini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, baş məşqçi Paolo Amodionun 25 nəfərlik siyahısında 4 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 6 hücumçu var. Onlardan 9-u legionerdi

Bu gün səhər saatlarında Bakıya çatan Lüksemburq klubu sifariş etdiyi erməni hücumçusu Aleksandr Karapetyanı Azərbaycana gətirməyib. 

Qeyd edək ki, "Proqres”lə ilk oyun iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Cavab matçı isə iyulun 19-da Düdelanjda baş tutacaq. 

Qapıçılar: 1. Sebastyan Floss (Fransa), 13. Çarli Şinker, 16. Vensan Koelyo, 30. Stefan Ferreyra da Kosta.
Müdafiəçilər: 5. Ben Fogel, 17. David Soareş (Portuqaliya), 20. Jordan Qobron (Fransa), 22. Marven Martens, 23. Adrian Ferino (Fransa), 34. Tim Hall, 70. Yann Matias Markes.
Yarımmüdafiəçilər: 6. Farid İkene, 8. Dino Ramdedoviç, 9. Yannik Bastos, 10. Olivye Till, 19. Mario Mutş, 27. İqor Teles, 31. Sebastyan Till, 38. Metin Karayer (Fransa).
Hücumçular: 7. Mayron de Almeyda (Portuqaliya), 11. Mayk Şnayder, 14. Emmanuel Fransuaz (Fransa), 21. Kevin Kerqer, 28. Romeu Torreş (Portuqaliya), 87. Aleksandr Karapetyan (Ermənistan).