Ölkə 09:00 18.11.2017

Ölüm anında nələr baş verir? (AÇIQLAMA)

Professor Sam Parnia ölüm anında nələrin baş verdiyini öyrənmək istəyənlər üçün maraqlı açıqlamalar verib. "Qaynarinfo" xəbər verir ki, ölümün dinc və xoş bir proses olduğunu bildirib.

Sam Parnia ölümə yaxın təcrübələr yaşamış bəzi insanların ölmüş yaxınları ilə əlaqə qurduqları bildirdiklərini, amma bu hissin ölümdən sonra həyatın olmasını sübkt etmədiyini deyib.



Professor ölümün ağ və qarşa anlardan ibarət bir proses olmadığını düşünür. Ölüm prosesi başladığı andan beyinə gedən oksigenkəsilir və bu da beyin sisteminin dayanmasına səbəb olur. Bu andan sonra xarici aləmlə bütün əlaqə kəsilir, şüur tamamilə qapanır. Ürək dayandığı anda bütün həyat dayanır. Ürəyin dayanması beynə və böyrəklərə gedən qan axışını dayandırır. Bu anda həkimlər ölümü qəbul edir.

Sam Parnianın bəhs etdiyi dinc və xoşbəxt ölüm təbii olaraq baş verən ölüm prosesləri üçün keçərlidir. Boğularaq, yanaraq, intihar edərək və ya yol qəzasında həyatın itirilməsi təbii ki, dinc və xoşbəxt ölüm deyil.



Ölümə yaxın olmuş insanlar ilış və parlaq bir işığa doğru getdiklərini deyirlər. Bu işiğın olduqca sakit və rahatlayıcı olduğunu, kimsənin geri dönmək istəməyəcək şəkildə ona doğru yönəldiyi deyilir. Ölüm prosesi zamanı insanlar ətrafdakı səsləri duya bilir. 

Sam Parnianın fikrincə, ölüm müddətində ölmüş yaxınları görmək beyin tərəfindən başlayan bir növ yaşamaq uğrunda mübarizə taktikasıdır,

Aydın
Qaynarinfo.Az