Xəbər lenti

Ölümdən qurtarılan  uşağın müasir halı (FOTOLAR)
Foto 23:37 29.07.2019

Ölümdən qurtarılan uşağın müasir halı (FOTOLAR)

Nigeriyada ailəsi tərəfindən həddindən artıq cılız olduğu üçün küçəyə buraxılan və 8 ay çöldə həyat mübarizəsi aparan Hopenin fotosu dünyada böyük rezonansa səbəb olmudşu.

Qaynarinfo  "Qafqazinfo"ya istinadən xəbər verir ki, artıq onun əvvəlki halından əsər-əlamət yoxdur.

Həmin vaxt danimarkalı Anja Rinqqren Loven tərəfindən himayəyə götürülən uşaq indi daha gümrah, daha şəndir.

Maraqlıdır ki, Anja uşağı tapandan sonra sosial şəbəkədə maddi dəstək kampaniyası başlatmış, uşaq üçün 1 milyon dollar pul yığılmışdı. Danimarkalı yardımsevər həmin pulla həm Hopeni müalicə etdirdi, həm də onunla eyni aqibətlə üzləşən uşaqlar üçün klinika inşa etdirdi.

Qeyd edək ki, Hopenin hazırda eşitmə problem var. Küçəyə atılan zaman parazitlər onun qulaq kanallarına zərər verib. Buna rəğmən, Hope danışmağı bacarır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->