Ekonomiks 11:26 19.06.2019

Maaş artımları üçün dövlət büdcəsindən 780 milyon manat ayrılacaq

"Sentyabrın 1-dən maaş artımları üçün dövlət büdcəsindən 780 milyon manat vəsait ayrılacaq”.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

O xatırladıb ki, cari il ərzində minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb: "Bu sahədə il ərzində iki dəfə artım olub. Cənab Prezidentin imzaladığı inqilabi sosial paket 2 milyona qədər insanı əhatə edir. Bunun maliyyə tutumu isə 1 milyarda yaxındır. Bu da sosial vəziyyətin daha da yaxşılaşdırılması deməkdir”.