Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan mağazanın yanar konstruksiyaları yanıb.
“Qafqazinfo” xəbər verir ki, yanğınsöndürənlər hadisə yerinə çatana kimi tüstüdən zəhərlənən 3 nəfər bina sakini Təcili Tibbi Yardım Xidməti tərəfindən xəstəxanaya aparılıb və ilkin tibbi yardım gösdərildikdən sonra evə buraxılıb. Bitişik bank və 2-ci mərtəbədə olan mənzillər yanğından mühafizə olunub. Yanğın saat 10:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info
Şərhlər