İdman 18:27 23.09.2019

Macarıstan - Azərbaycan oyunu azarkeşsiz keçiriləcək

"AVRO-2020"nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan - Azərbaycan oyunu azarkeşsiz keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qurumun Nəzarət, Etika və İntizam Komitəsinin Macarıstan millisinə sanksiya tətbiq etməsinə azarkeşlərin sentyabrın 9-da Slovakiya ilə ev oyununda irqçi davranışlar etməsi olub. Həmçinin fanatlar pirotexniki maddələrdən istifadə edib, meydançaya yad cismlər atıblar. UEFA qarşıdakı oyunun azarkeşsiz keçirilməsinə qərar verməklə yanaşı Macarıstan Futbol Federasiyasını 67,125 avro cərimə edib.

Slovakiya azarkeşləri də irqçi davranışlar ediblər. UEFA bu komandanın oktyabrın 10-da Uelslə oyununun boş tribunalar önündə keçirilməsinə qərar verib və Slovakiya Futbol Assosiasiyasını 20,000 avro cərimələyib.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 9-da Bəhreynlə səfərdə yoldaşlıq oyunu keçiriəcək. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 4 gün sonra Macarıstan kollektivinin qonağı olacaq.