Dünya 09:39 21.05.2018

Maduro Venesuelada yenidən hakimiyyətə gəldi

Venesuelada keçirilən prezident seçkilərinin qalibi Nikolas Maduro olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, seçicilərin 46%-nin iştirak etdiyi seçkilərdə 8 milyon 300 milyon səs sayılıb. 5 min 800 min nəfərin səsini qazanan Maduro yenidən ölkə rəhbəri seçilib. Onun rəqibləri Henri Falkon 1 milyon 820 min, Xavier Bertuççi 925 min, Reynaldo Kixada isə 34 min 614 səs qazana bilib.

Seçkilərin nəticələrini tanımadığını bəyan edən Henri Falkon ölkəni tərk edəcəyini açıqlayıb.

Qeyd edək ki, Maduro 2025-ci ilə qədər Venesuelanı idarə edəcək.

Gülşən