"Qarabağ"ın üzvü Mahir Mədətov Azərbaycan futbolunun tarixinə düşüb.

Qaynarinfo AFFA-nın rəsmi feysbuk hesabına istinadən bildirir ki, milli komandamızın hücumçusu "Nike"la sponsorluq müqaviləsi imzalayıb.

Bununla da o, bu şirkətlə fərdi anlaşma imzalayan ilk azərbaycanlı futbolçu olub.

Qeyd edək ki, hələlik müqavilənin detalları və şərtləri barəsində açıqlama verilməyib.