Dünya 11:15 15.01.2018

Mahmud Abbas: "Trampın təklifini rədd edirik"

Fələstin dövlətinin rəhbəri Mahmud Abbas ABŞ prezidenti Donald Trampın hazırladığı sülh planını rədd etdiklərini açıqlayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Fələstin Azadlıq Təşkilatına bağlı Fələstin Mərkəzi Komitəsinin iclasında çıxış edən Abbas Qüdsü heç vaxt İsrailin paytaxtı kimi tanımayacaqlarını deyərək xalqının məsələ ilə bağlı həssaslığını dilə gətirib.

Qeyd edək ki, ötən günlərdə Donald Trampın İsrail və Fələstin arasında sülhün təminini və İrana qarşı əməkdaşlığı nəzərdə tutan "Əsrin sazişi" planı üzərində çalışdığı iddia edilmişdi.

Gülşən