Dünya 22:37 12.06.2018

Makedoniyanın adı dəyişdirildi

Yunanıstanın baş naziri Aleksis Sipras makedoniyalı həmkarı Zoran Zayevlə Makedoniya Respublikasının konstitusiyada nəzərdə tutulan adının dəyişdirilməsi ilə bağlı ortaq məxrəcə gəlib.

Qaynarinfo xəbər verir ki, razılaşma rəsmi Skopyenin Avropa İttifaqına və NATO-nun üzvlüyünə qəbul olunmasına təkan verə bilər.

Məlumata görə, Siprasla Zayev arasında iyunun 12-də baş tutan telefon danışığında bütün ziddiyətli məqamlar həllini tapıb. Ölkənin bundan sonra Şimali Makedoniya adlandırılacağı bildirilir.

Siprazın əldə olunmuş razılaşma ilə bağlı yaxın zamanda Yunanıstanın dövlət telekanalı ilə çıxış edəcəyi bildirilir.

Bundan əvvəl Yunanıstandan olan siyasi partiyaların Makedoniya adının Zoran Zayev tərəfindən təklif olunan yeni variantı ilə razılaşmamışdı. "İllinden Makedoniyası” adı yunan siyasətçilərin qane etməmişdi.

Belə ki, onlar bu adın bilavasitə Egey dənizininə qədər uzanan ərazilərdə (Saloniki daxil olmaqla) "makedon milləti və dövləti” formalaşdırmaq cəhdləri ilə əlaqədar olduğunu hesab edir.