Sağlamlıq 11:33 22.10.2017

Makiyajda vasitələrinin hazırlanmasında həşəratlardan istifadə olunur

1910-cu illərdən sonra makiyajın istifadəsində dönüş nöqtəsi baş verdi.
20-ci əsrin əvvəllərində solğun və cavan görünən dəri ideallaşdırılır, makiyajdan istifadə isə normal qarşılanmırdı. "Qaynarinfo" xəbər verir ki, o dövrlər belə bir fikir mövcud idi: makiyajı yalnız səhnə xanımları istifadə edə bilər. Əlbəttə ki, bütün qadınlar makiyajdan istifadə edirdilər, lakin bunu heç vaxt boyunlarına almırdılar. Lakin onlar hamar və qırışsız üz dərisi sahib olmaq üçün bizim adət etmədiyimiz vasitələrdən istifadə ediblər.


LİMON SUYU
Qədim zamanlarda solğun dəriyə sahib olmaq zəngin və rahat həyatdan xəbər verirdi, nisbətən qara dərili olanlar isə aşağı təbəqəyə aid hesab olunurdular.
Buna görə də, qadınlar daha solğun dəriyə sahib olmaq üçün əllərindən gələni edirdilər. Bunun üçün ən yaxşı vasitələrdən biri limon suyudur, limon suyunu rom, qliserin, sirkə kimi maddələrlə qarışdıraraq istifadə edirdilər.
Bu onlara parlaq və günəş yanıqlarından təmizlənmiş dəriyə sahib olmağa imkan verirdi.


VAZELİN
Vazelindən  hamar dəriyə sahib olmaq, dodaqlardakı çatlaqları sağaltmaq, makiyajı təmizləmək üçün istifadə olunur.
1917-ci ildə MAYBELLİN tuşlarının yaradıcısı T.L. Vilyamson bacısı Meybelin vaselini kömürlə qarışdıraraq kirpiyinə sürtdüyünü gördü. MAYBELLİN sözü Meybel və ingilis dilindəki "Vaseline” sözlərinin birləşməsindən yaranıb.


ƏZİLMİŞ HƏŞƏRATLAR
Bəli, doğru oxudunuz. 1910-cu ildən sonra dodaq boyaları məşhurlaşmağa başladı, dodaq boyalarının əsas tərkib hissəsi olan karmin adlı maddə isə böcəklərdən, xüsusilə bitlərdən əldə olunurdu. Nə qədər iyrənc səslənsə də, bugün də dodaq boyasının hazırlanmasında həşəratlardan istifadə olunur.


ÇİLLƏR
1900-cü illərdən solğun dəri ilə yanaşı, təmiz dəri də gözəlliyin əsas göstəricilərindən hesab olunurdu. Nə qədər təhlükəli olsa da, qadınlar üzlərindəki çillərdən yaxa qutarmaq üçün ağlagəlməz yollara əl atırdılar. Bunun üçün onlar laktik turşu, sirkə, qıcqırmış süd, hidrogen peroksid kimi maddələrdən istifadə edirdilər.


GÜL SUYU
Çox qədim tarixi olan gül suyundan iltihabların və qıcıqlanmaların aradan qaldırılması, dərinin hidratlaşdırılması və detokslaşdırılması üçün istifadə olunurdu. Hazırda da nəmləndiricilərin, lasyonların və makiyaj təmizləyicilərin tərkibində gül suyundan istifadə olunur.

Nərmin Həsənli
Qaynarinfo.Az