Video 10:20 19.01.2020

Makqreqor Serronu 40-cı saniyədə nokauta saldı (VİDEO)

İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqorla ikiqat UFC çempionu, amerikalı Donald Serron arasında döyüş baş tutub.

Qaynarinfo xəbər verir ki, titul döyüşü olmayan UFC-246 Las-Veqasda keçirilib. Görüş 40-cı saniyədə Donald Serronun nokautu ilə başa çatıb.

Qeyd edək ki, 31 yaşlı Konor Makqreqor yarım-yüngül və yüngül çəki üzrə çempiondu. Bütün karyerası boyu 26 döyüş keçirib, onun 22-də qələbə qazanıb. Sonuncu dəfə rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşüb və uduzub.

Qaydasız döyüş üzrə veteran olan Serron karyerası boyu 51 dəfə vuruşub, 36 qələbə qazanıb, 14 məğlubiyyət yaşayıb. Onun bir matçının nəticəsi isə ləğv edilib.