Dünya 16:22 16.04.2018

Makron: Suriyaya hücum etməklə Türkiyə və Rusiyanı ayırdıq

Fransa prezidenti Emmanuel Makron Suriyaya edilən hava hücumunun müvəffəqiyyətlə gerçəkləşdirildiyini və bunun nəticəsində Türkiyə ilə Rusiya arasında fikir ayrılığının yaranmasına nail olduqlarını söyləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Makron, BFMTV və RMC televiziya kanalları və Mediaport qəzetinə açıqlama verib:
 
Rusiya ilə Türkiyəni ayırdıq. Türkiyə Suriyada kimyəvi silahdan istifadəni qınadı".
 
O, Suriya məsələsində Türkiyə və Rusiyanı anlaşma masasına əyləşdirmək üçün əllərindən gələni edəcəklərini deyib.

"Bütün tərəflərlə danışıqlar aparmaq Fransanın vəzifəsidir", - deyən Makron Türkiyəni ziyarət edərək, burada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani ilə görüşmək istədiyini bildirib. O, bunu daha öncədən planlaşdırdığını, lakin Suriyadakı hücum səbəbindən gerçəkləşdirə bilmədiyini sözlərinə əlavə edib.