Ölkə 23:00 20.07.2018

Makronun Qarabağ mövqeyi - Bəyanat

"Fransa region xalqlarının marağı daxilində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dəstək göstərməkdə davam edəcək”​.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makronun Azərbaycan pİlham Əliyevlə görüşünün yekunlarına dair Yelisey Sarayının yaydığı kommunikedə qeyd edilir.

Bəyanatda bildirilir: "Fransa Prezidenti vurğuladı ki, uzunmüddətli əsasda və regionun bütün xalqlarının marağı daxilində bu münaqişənin tək variant olan danışıqlar yolu ilə həllinin tapılmasında səylərini davam etdirəcək”.