Dünya 16:58 18.01.2020

Makronun teatrda olduğunu öyrənən etirazçılar binanı mühasirəyə aldı

Fransa prezidenti Emmanuel Makronun olduğu teatr binası aksiya iştirakçıları tərəfindən mühasirəyə alınıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 200-dən çox nümayişçi müxtəlif şüarlar səsləndirərək, "Bouffes du Nord" teatr binasına girməyə cəhd ediblər. Lakin polisin müdaxiləsindən sonra Makron binadan çıxa bilib.

Nümayişçilərə məlumatı tamaşanı izləyən Taha Bouhafs adlı jurnalistin verdiyi və bu səbəbdən onun saxlanıldığı bildirilib.
 
Camal