Ölkə 10:58 12.08.2018

Mal-qara oğruları saxlanıldı

Mal-qara oğurlayan şəxslər saxlanılıb. 
 
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Şəhriyar kənd sakini Allahverdi Qarayev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 13000 manat olan 10 baş iri buynuzlu mal-qarasının və 1 rəst atının oğurlandığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayon Qızılhacılı kənd sakini, 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qalib Qurbanov və Goranboy rayonu Əlirizalı kəndində qeydiyyatda olmaqla Gəncə şəhərində yaşayan, 1984-cü il təvəllüdlü Elzamin Bayramov saxlanılıb. 

Aparılan istintaq tədbirləri nəticəsində saxlanılan şəxlərin cari ilin iyul ayının müxtəlif vaxtlarında Yevlax, Tərtər və Bərdə rayonlarında da analoji cinayət hadisələrini törətməklə ümumilikdə 51 baş iri və xırda buynuzlu heyvaları oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı onlar törətdiyi oğruluq hadisələrini etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.