İdman 21:12 19.08.2018

"Mançester Siti" qışın ilk transferini indidən etdi - 68 milyon avro

"Mançester Siti" qış transfer pəncərəsini indidən açıb.

Qaynarinfo xəbər verir ki, "şəhərlilər" "Volverhempton"un yarımmüdafiəçisi Ruben Neveslə anlaşıb. "Mançester Siti" qışda 68 milyon avro ödəyərək 21 yaşlı futbolçunu heyəinə qatacaq.

Qeyd edək ki, "Volverhempton" Ruben Nevesi tən yay "Portu"dan 17,9 milyon avroya alıb. O, İngiltərə klubunun heyətində 44 oyun keçirərək 8 qol vurub və 3 məhsuldar ötürmə edib.