İdman 23:55 18.11.2018

"Mançester Siti" "Real"ın ulduzunu transfer edir

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Real"ın futbolçusu İskonun transferini istəyib.

Qaynarinfo "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Kral Klubu"nda zoşbəxt deyil və komandanı tərk etmək istəyir. İskonun "Mançester Yunayted"ə yollanaraq Qvardiolanın rəhbərliyi altında oynamağı arzuladığı da bildirilir.

Qeyd edək ki, "Real" yarımmüdafiəçini 2013-cü ildə "Malaqa"dan 30 milyon avroya alıb. Hazırda "Transfermarkt" 26 yaşlı futbolçuya 90 milyon avro qiymət qoyub. Cari mövsümdə 15 rəsmi oyuna çıxan İsko 3 qol vurub və 3 məhsuldar ötürmə edib.