İdman 14:05 18.12.2018

"Mançester Yunayted" Joze Mourinyonu istefaya göndərdi

Joze Mourinyo "Mançester Yunayted"dən istefaya göndərilib.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb. 

"Qırmızı şeytanlar" portuqaliyalı mütəxəssisin rəhbərliyi altında son matçında "Liverpul"a 1:3 hesabı ilə uduzub. 

Qeyd edək ki, Mourinyo 2016-cı ildən "Mançester Yunayted"ə başçılıq edirdi. Komanda onun rəhbərliyi altında Liqa Kubokunu, İngiltərə Super Kubokunu və Avropa Liqasını qazanıb. "Qırmızı şeytanlar" onun rəhbərliyi altında bu mövsüm Premyer Liqada uğursuz çıxış edirdi. Komanda 17 turdan sonra hazırda 6-cı pillədə qərarlaşıb.