İdman 21:00 12.08.2018

“Mançester Yunayted”in 140 illik tarixində ilk

"Mançester Yunayted” tarixində ilkə imza atmaq niyyətindədi.

Qaynarinfo xəbər verir ki, 140 il əvvəl yaradılan klub ilk dəfə idman direktoru təyin etmək qərarına gəlib. "The Guardian” qəzeti yazır ki, rəhbərlik bu yolla transfer siyasətini daha da təkminləşdirmək istəyir. İdman direktoru klub rəhbərliyi ilə baş məşqçi arasında əlaqələndirici funksiyasını yerinə yetirəcək. 

Qəzetin məlumatına görə, baş məşqçi Joze Mourinyo və icraçı direktor Ed Vudvord arasında transferlərə görə ciddi fikir ayrılığı yaranıb. Klub rəhbərliyi idman direktoru təyin etməklə gələcəkdə bu kimi problemlərin yaranmasının qarşısını almaq niyyətindədi.