Ölkə 18:50 27.01.2014

Mançini göndərəcəyi üç oyunçunun adını açıqladı

"Qalatasaray"ın baş məşqçisi Roberto Mançinin komandadan göndərmək istədiyi futbolçuların adını açıqlayıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Qaziantepspor"la oyundan sonra keçirilən mətbuat konfransında italiya mütəxəssis Dani, Albert Riera və Nordin Ambaratı satmaq və əvəzində bir müdafiəçi transfer etmək istədiklərini deyib:

"Qarşıdakı iki gün ərzində transferlə bağlı problemləri həll etməliyik. Dünya çempionatına qədər Dani, Nordin və Riera kimi futbolçuların oynaması üçün başqa klublara getmələri lazımdır. Bir müdafiəçiyə ehtiyacımız var. Bruma və Aydın Yılmaz çox pis zədələnərək mövsümü erkən başa vurdular. Bu səbəbdən transfer lazımdır".

Qaynar.info