İdman 09:46 13.01.2019

Maradona əməliyyat olunacaq

Dünya şöhrətli sabiq futbolçu Dieqo Maradona əməliyyat olunacaq.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, 58 yaşlı Maradona Buenos Ayresdə yerləşən "Olivos" klinikasında müayinə olunan zaman mədəsində qanaxma qeydə alınıb və əməliyyat barədə qərar verilib.

Qeyd edək ki, 1986-cı ildə Argentinanın heyətində dünya çempionu olmuş Maradona hazırda "Dorados" klubunda baş məşqçidir.

Gülşən