Maqazin 21:55 26.01.2019

Maradona keçmiş sevgilisini məhkəməyə verir

Dieqo Maradona keçmiş sevgilisi Rosio Olivanı məhkəməyə verir.

Qaynarinfo xəbər verir ki, argentinalı əfsanə bu barədə "La Red" şousunda məlumat verib.

"Mən heç vaxt qadına əl qaldırmamışam. Amma həmin vaxt onun başını üzmək istəyirdim. Rosio münasibətlərimizin gizli qalması barədə razılaşmaya imza atmışdı. Sonradan isə dilini dinc qoymadı. Artıq vəkilimə zəng etmişəm və sonadək getmək niyyətindəyəm. O, indi mənim pullarımla istirahət edir və evimdə qalır. Bağışlayın, mən Şaxta baba deyiləm ki, hədiyyələr paylayım. Əksinə, hər şeyimi qaytarmaq fikrindəyəm" deyə Maradona bildirib.

Qeyd edək ki, Maradona və Oliva 6 il sevgili olub.