İdman 16:31 04.03.2013

Maradona Ronaldonu heyvan adlandırdı

Əfsanəvi futbolçu Dieqo Maradona “Real”ın hücumçusu Kriştiano Ronaldonu Messidən üstün futbolçu adlandırıb. 

Qol.Az-ın yaydığı xəbərə görə, Maradona deyib. “Messi yadplanetlidirsə, Ronaldo heyvandır” – deyə o bildirib.

Qeyd edək ki, Maradona bu açıqlamanı martın 2-də oynanılan “Real” – “Barselona” oyunundan sonra verib. Həmin matçda Ronaldo Maradonanı “Santyaqo Bernabeuda”kı şəxsi lojasında qonaq edib.

Porqutaliyalı futbolçunun Lionel Messi ilə rəqabətdə olduğu vaxtda Maradonanın onunla bu qədər yaxın münasibəti diqqət çəkib.

Görüş zamanı çəkilən fotoları isə ulduz futbolçu twitter səhifəsində paylaşıb.

Qaynar.info