İdman 22:39 16.06.2018

Maradona Rusiyada dava saldı: rus polisi həbs etdi

Dünya çempionatının bu gün keçirilən Argentina - İslandiya matçından sonra ara qarışıb.

Qaynarinfo xəbər verir ki, qarşılaşmanı canlı izləyən əfsanəvi futbolçu Dieqo Maradona final fitindən sonra Argentinanı paltardəyişmə otağına girməyə çalışıb və polis tərəfindən saxlanılıb. 

Maradonanın Lionel Messinin penaltı vura bilməməsinə qəzəbləndiyi və buna görə də, onunla danışmaq üçün paltardəyişmə otağına girmək istədiyi deyilir.