İdman 15:30 19.06.2013

Maradonadan 490 min dollarlıq ittiham

Futbolçu Çin kompaniyasını məhkəməyə verib.

Futbol əfsanəsi Dieqo Maradona Çin kompaniyasını məhkəməyə verir. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, argentinalı ulduz futbolçu öz şəklindən kompüter oyunlarında qanunsuz olaraq istifadə edildiyinə görə 490 min dollarlıq iddia ilə çıxış edib.

Maradona hazırki məbləği 7 dəfə artırmaq istəsə də məhkəmə 490 min dollarda dayanıb. Çin klubu bu hadisəyə görə futbolçudan üzr istəyib və onun şəkli ilə avtoqrafını oyundan silib.

Qaynar.info