İdman 10:10 14.09.2018

Maradonanın maaşı açıqlandı

Meksikanın "Dorados” klubuna baş məşqçi təyin edilən Dieqo Maradonanın maaşı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, argentinalı əfsanə 11 ay ərzində 1 milyon 980 min dollar maaş alacaq. Bu isə aylıq təxminən 180 min dollar deməkdi.

Maradonanın müqaviləsindəki xüsusi bəndə əsasən, o, komandanı yüksək liqaya çıxara bilsə, sözləşməsi avtomatik yenilənəcək.