Video 13:58 14.01.2018

Maral Tahirqızı: "Evdə vifim yaxşı işləmir, Bakcell-in "3 Qa"sınnan girirəm" (VİDEO)

Maral Tahirqızının yeni videoları sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.

Qaynarinfo xəbər verir ki, özünə yeni "Instagram" hesabı açan M.Tahirqızı, bunu canlı yayımda izləyiciləri ilə bölüşüb: 
 
"Əziz və hörmətli innastaqram izləyicilərim, sizləri salamlayıram. Maral_Tahirqızı_official, bu, mənim əsas səhifəmdir. O biri səhifələr demək olar ki, "façe" idi. Bu mənim öz əsas səhifəmdir. Bu gündən sonra mən bu səhifəmdə daimi olaraq canlı yayımlar açacağam, görəcəksiniz ki, bu həqiqətən mənim öz səhifəmdir. Sağ olun, öpürəm sizləri"

 
O, növbəti videosunda evindəki "Wi-Fi" şəbəkəsinin işləmədiyindən şikayətlənib: "Əziz izləyicilərim, mənim evdə "Vifim" yaxşı işləmir, hələlik mən Bakcell-in "3 Qa"sınnan girirəm. Vifim yaxşı işləyəcək, sizlərlə evdə yaxşı canlı yayımlarla olacağam".