Maqazin 13:56 24.09.2014

Maral Tahirqızının tanınmış facebook dostları - SİYAHI

Hansı məşhurlar “facebook fenomeni”nin arkadaşıdır?

Qısa zamanda sosial medianın qəhrəmanına çevrilmiş müğənni  Maral Tahirqızı ilə hər kəs maraqlanır. “Facebook fenomeni” kimi məşhurlaşmış xanımın dostluq siyahısı buna sübutdur. 

Bir çox tanınmışlar onunla facebook dostudur.

Tanınmış yazıçılardan Qan Turalı, Qulu Ağsəs, Kənan Hacı, Kəramət Böyükçöl, Sənəm Səbayel, Səlim Babullaoğlu, Məqsəd Nur Maral Tahirqızının dostluq siyahısında yer alır. 

M.Tahirqızının facebook populyarlığı hətta Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin də diqqətindən yayınmayıb. Dostlar siyahısında A.Quliyevin də adı yer alır. 

“Facebook fenomeni” ilə dostluğaən çox can atanlar isə jurnalistlərdir. Vüsal Məmmədov, İradə Cəlil, Günel Əbilova, Türkan Turan, Qadir İbrahimli, Elçin Xalidbəyli, Rövşən Əliyev, Elnarə Kərimova, İlhan Özbay, Aynur Qurbanqızı və başqaları bu sıradadır. 

Hazırda Amerikada çalışan məşhur model Rüstəm Cəbrayılov da M.Tahirqızı ilə facebook dostudur. 

Tanınmış aktyor İlham Əhmədov da “facebook fenomeni”nin gündəlik fəaliyyətini “izləmək” imkanında olanlar arasındadır. 

Professor Vüqar Əhməd, İKT üzrə ekspert Cahid İsmayıloğlu da M.Tahirqızının facebook dostluğu siyahısında yer alır. 

Qeyd edək ki, qısa zamanda “zil səsi”, pafoslu statusları, fotoları ilə məşhurlaşmış M.Tahirqızının facebook dostluğunda xeyli sayda Türkiyə türkləri də yer alır. 

Sosial media “ulduzu”nun facebook dostluq səhifəsi açıq olduğundan  maraqlanan şəxslər bu siyahı ilə şəxsən tanış ola bilər.//musavat.com