Dünya 19:45 24.02.2018

Marixuana zibil qutuları

ABŞ-ın Las Veqas şəhərində yerləşən "McCarran" Beynəlxalq Havalimanında marixuana çəkənlər üçün xüsusi zibil qabları quraşdırılıb.

Qaynarinfo Fox News-a istinadən xəbər verir ki, zibil qabları nəqliyyatın sıx olduğu 13 nöqtədə yerləşdirilib. Aviasiya Departamenti addımı havalimanı marixuananın daşınması və reklamını qadağan edəndən sonra atıb. Las Veqasın yerləşdiyi Nevada ştatında marixuananın satışı ötən ilin iyul ayından etibarən leqal hesab olunur. 

2017-ci ildə bu vasitədən istifadə edən turistlər narkotik vasitənin havalimanı vasitəsilə başqa yerə aparılması qadağan olduğu üçün problem yaşamışdı. Xüsusi zibil qablarının yerləşdirilməsi bu problemi də aradan qaldıracaq. Marixuana kötüklərindən əlavə, qutular vasitəsilə insanlar üzərlərində olan artıq narkotik vasitəni digər şəxslərə "marixuana ianəsi" kimi verə biləcəklər. 

Bildirilir ki, 7 və daha çox oxşar zibil qutusunun ərazidə yerləşdirilməsi gözlənilir.

Gülşən