İdman 21:23 28.06.2019

Mariya Stadnikdən qızıl medal!

Azərbaycan qadın güləşçisi Mariya Stadnik "Minsk 2019" II Avropa Oyunlarının qalibi olub.

Qaynarinfo-nun məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Rəqibini 7:1 hesabı ilə məğlub edən olimpiya mükafatçımız çempion olub.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər - Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl medal əldə edə bilib.