Siyasət 13:55 13.12.2018

Mariya Zaxarova: "Lavrov Bakıda Qarabağ münaqişəsini müzakirə edəcək"

Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Qaynarinfo xəbər verir ki,  bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova məlumat verib.

"Rusiya xarici işlər nazirinin bölgəyə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi həmişə əsas mövzulardan biri olur. Bu, əlbəttə ki, Rusiyanın bu prosesin həmsədr ölkəsi olması və bu mövzunin hər iki ölkə üçün vacib olması ilə əlaqədardır", deyə Zaxarova bildirib.

Xatırladaq ki, Rusiya XİN başçısı Sergey Lavrov dekabrın 14-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün bu gün Bakıya gələcək.