Siyasət 19:40 25.10.2018

Mariya Zaxarova Qarabağ münaqişəsindən danışdı

Rusiyanın xarici işlər nazirliyinin rəsmi nümayəndəsi brifinq keçirib.

Qaynarinfo ölkə.Az-a istinadən xəbər verir ki, Zaxarova brifinqdə Dağlıq Qarabağ münaqişəsindən danışıb. O, qeyd edib ki, münaqişənin dinc yol ilə həlli tərəflərin maraqlarına cavab verir:

"Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli həm münaqişə tərəflərinin, həm də Minsk qrupunun maraqlarına cavab verir. Biz bu yolu dəstəkləyirik və əsas məqsədimiz budur”.