Ekonomiks 12:32 01.11.2014

Mark Zuckerbergə sual ver!


Facebook-un qurucusu   Mark Zuckerberg, 6 noyabr tarixində bütün Facebook istifadəçilərinin  sual verə biləcəyi, online sual-cavab tədbiri hazırladığını açıqlayıb.

Texnobz.com-un verdiyi xəbərə görə, online sual-cavab üçün yaradılan Q&A with Mark  adlı Facebook səhifəsi artıq indidən aktivdir.  Zuckerberg 1 saat ərzində canlı olaraq, Facebook istifadəçilərindən gələn və seçdiyi suallara cavab verəcək.

6 noyabrda baş tutacaq tədbir, daha sonra video çarx olaraq  da yayımlanacaq. Sizin də Zuckerberg-ə suallarınız varsa, aşağıdakı səhifəyə göndərə bilərsiniz:

Q&A with Mark


Qaynar.info